Etirazlar Ərdəbilə çatdı - 40 nəfər saxlanıldı

Etirazlar Ərdəbilə çatdı - 40 nəfər saxlanıldı
  03 Yanvar 2018    Oxunub:1856
İranın Ərdəbil əyalətində keçirilən etiraz aksiyaları zamanı 40 nəfər saxlanılıb.
Ərdəbil prokuroru Naser Atabati bildirib ki, saxlanılanların əksəriyyəti dindirildikdəm sonra azad edilib, 15 nəfər isə həbsdə qalıb.

Qeyri-rəsmi məlumatlara görə, Təbriz şəhərində etiraz aksiyaları zamanı 90 nəfər saxlanılıb. Lakin bu xəbərlər öz rəsmi təsdiqini tapmayıb.

Qeyd edək ki, dekabrın 28-dən Tehran, Məşhəd və Kermanşah daxil olmaqla İranın bir neçə şəhərində kütləvi etiraz aksiyaları keçirilir. Yüksək qiymətlərə etiraz olaraq keçirilən aksiyalar daha sonra hökumət əleyhinə nümayişlərə çevrilib. Aksiyalar zamanı 20-dən çox adam ölüb.

AzVision.az


Teqlər: İran   Etiraz  





Xəbər lenti