İranda etiraz aksiyaları - İki nəfər ölüb

İranda etiraz aksiyaları - İki nəfər ölüb
  31 Dekabr 2017    Oxunub:3571
İranda keçirilən etiraz aksiyalarında iki nəfər dünən axşam öldürülüb.

AzVision.az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.
Lorestan qubernatorunun təhlükəsizlik müavini Habibollah Xojastepurun Mehr agentliyinə verdiyi açıqlamaya görə, qeyri-qanuni etiraz aksiyası qarşıdurma ilə nəticələnib. İki etirazçı qarşıdurma nəticəsində öldürülüb.

O, iki etirazçının ölüm səbəbini açıqlamayıb. Lakin qeyd edib ki, güllə polis və təhlükəsizlik qüvvələri tərəfindən açılmayıb.

Qeyd edək ki, dekabrın 28-də İranın Məşhəd, Kirmanşah, Həmədan, Qum, İsfahan, Rəşt və digər şəhərlərində etiraz aksiyaları başlayıb. Səbəb ölkədə qiymət artımı olsa da, siyasi şüarlar da səslənib.

Prezident Həsən Ruhaninin daxili siyasətinə, eləcə də İranın Yaxın Şərq siyasətinə etiraz bildirilib. Dekabrın 29-da paytaxt Tehranda və Təbrizdə də etiraz aksiyaları başlayıb.

AzVision.az


Teqlər: İran   Etiraz   Aksiya  





Xəbər lenti