Ərdoğan qorxulu anlar yaşadı - VİDEO

Ərdoğan qorxulu anlar yaşadı - VİDEO
  25 Dekabr 2017    Oxunub:34430
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) Şırnaqda keçirilən konqresində iştirak edib.

AzVision.az xəbər verir ki, AKP sədri səhnədə partiyadaşlarını salamlayarkən Hüseyin Dəmircan adlı vətəndaş mühafizəçilərin gözündən yayınaraq Ərdoğanı qucaqlamağa cəhd edib. Bu zaman Türkiyə prezidenti qorxulu anlar yaşayıb.
Dəmircan polisə verdiyi ifadədə deyib ki, məqsədi Ərdoğanı qucaqlamaq olub: “Mən şəhid yaxınıyam. Ailəmizdən bu günə qədər PKK tərəfindən 13 nəfər şəhid edilib. Onlar arasında anam, iki qardaşım və iki bacım da olub. Mən prezidentimizi çox sevirəm. Səhnəyə Ərdoğanı qucaqlamaq üçün çıxmışdım. Amma mühafizəçilər səhv anladılar. Belə səhv anlaşılmağa səbəb olmaq istəməzdim”.

Qeyd edək ki, H.Dəmirxan dindirildikdən sonra sərbəst buraxılıb.



Kənan Məmmədov
AzVision.az


Teqlər: Türkiyə   Ərdoğan  





Xəbər lenti