Daha bir ölkə səfirliyini Qüdsə köçürür

Daha bir ölkə səfirliyini Qüdsə köçürür
  25 Dekabr 2017    Oxunub:5472
Qvatemala prezidenti Cimmi Morales ölkəsinin İsraildəki səfirliyinin Qüdsə köçürüləcəyini bəyan edib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, Cimmi Morales bu barədə “Facebook” səhifəsində yazıb.

“Bu gün İsrailin baş naziri Benyamin Netanyahu ilə söhbət etmişik. Əsas məsələlərdən biri Qvatemalanın səfirliyinin Qüdsə qayıtması olub. Xarici işlər nazirinə artıq bu məsələ ilə bağlı öz göstərişlərimi vermişəm”, - deyə Morales bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Doland Trampın Qüdslə bağlı qərarı etirazlara səbəb olub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: İsrail   Qüds  





Xəbər lenti