“BMT yalan evidir, biz onun qərarını tanımayacağıq” – Netanyahu

“BMT yalan evidir, biz onun qərarını tanımayacağıq” – Netanyahu
  21 Dekabr 2017    Oxunub:2432
İsrailin baş naziri Binyamin Netanyahu bildirib ki, onun ölkəsi BMT Baş Assambleyasında Qüdslə bağlı qətnamə layihəsinə dair keçirilməsi planlaşdırılan səsverməni qəti şəkildə rədd edir.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, baş nazir eyni zamanda BMT-ni “yalan evi” adlandırıb.

“BMT-nin tanıyıb-tanımamasından asılı olmayaraq, Qüds İsrailin paytaxtıdır. ABŞ-ın bunu tanıması üçün 70 il lazım oldu və BMT-nin bunu tanınması üçün də illər lazım olacaq. İsrailə qarşı bir çox ölkələrin münasibətləri “yalan evi” olan BMT-dən kənarda dəyişir”, - deyə Netanyahu Aşdod şəhərində çıxışı zamanı bildirib.

Qeyd edək ki, dekabrın 18-də ABŞ veto hüququndan istifadə edərək BMT Təhlükəsizlik Şurasında Qüdsün İsrailin paytaxtı kimi tanınmasına qarşı qətnaməni bloklayıb. Misir tərəfindən hazırlanan sənəddə Qüdsün İsrailin paytaxtı kimi tanınmasının təəssüf doğurduğu bildirilib.

Qətnamə layihəsinə əsasən, Qüdsün statusuna dair hər hansı qərar hüquqi qüvvəyə malik deyil və ləğv edilməlidir.

Eldar Tanrıverdiyev
AzVision.az




Teqlər: Netanyahu   Qüds  





Xəbər lenti