Ermənistanın Baş Qərargah rəisinin aprel etirafı

Ermənistanın Baş Qərargah rəisinin aprel etirafı
  21 Dekabr 2017    Oxunub:4136
"Cəbhə xəttinin əvvəlki vəziyyətini bərpa etmək mümkün olmayıb".

AzVision.az Ordu.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş Qərargah rəisi Movses Hakopyan aprel döyüşləri ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib.
Baş Qərargah rəisi aprel döyüşləri zamanı Azərbaycan Ordusunun qələbəsini etiraf edib: "Biz nə qədər qələbə qazandığımızı desək də, faktiki olaraq əlverişli mövqedə olan Lələtəpəni itirdik".

Jurnalistlərin "niyə qaytara bilmirik? Təlimat, yoxsa imkanlarımız yoxdur?” sualına Hakopyan cavab verib:

"Yaranmış vəziyyət qəbul edilmiş qərarların nəticəsidir. Bu gün cəbhə xətti bu mövqedən keçir. Cəbhə xəttinin əvvəlki vəziyyətini bərpa etmək mümkün olmayıb. Bəzi beynəlxalq təşkilatların və Rusiyanın müdaxiləsi nəticəsində uzunmüddətli müharibənin qarşısı alınıb".

Müsahibə zamanı Hakopyan Azərbaycan Silahlı Qüvvələrinin öz doğma torpaqları üçün hər an əməliyyatlara başlaya biləcəyini diqqətə çatdırıb.

"Siz elə zənn etməyin ki, Azərbaycan Qarabağı tutmaq istəmir, onun arzuları daha genişdir. Qarabağı, Süniki (Zəngəzuru-red.), vaxt getdikcə İrəvanı tutmağı arzulayır", - deyə Hakopyan Azərbaycan Ordusundan qorxusunu gizlətməyib.

AzVision.az


Teqlər: Ermənistan   Qərargah-rəisi   Aprel-döyüşü  





Xəbər lenti