Ötən gün 100 cinayət törədilib

Ötən gün 100 cinayət törədilib
  20 Dekabr 2017    Oxunub:1100
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 100 cinayət faktı qeydə alınıb, onların da 13-ü “isti izlər”lə açılıb.
AzVision.az DİN-in saytına istinadən xəbər verir ki, axtarışda olduğuna görə 28 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanılıb.

AzVision.az


Teqlər: DİN   Polis   Cinayət  





Xəbər lenti