Nazirin çıxışı deputatlar arasında davaya səbəb oldu - FOTO

Nazirin çıxışı deputatlar arasında davaya səbəb oldu - FOTO
  18 Dekabr 2017    Oxunub:3034
Türkiyə Böyük Millət Məclisində (TBMM) deputatlar arasında dava olub.

AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, iqtisadiyyat naziri Nihat Zeybekçi parlamentdə çıxışı zamanı müxalifəti tənqid edib.
Nazir deyib ki, müxalifət iqtidarı devirmək üçün vətəni də satmağa hazırdır. Onun bu sözlərinə CHP-li deputatlar sərt reaksiya veriblər. Hakim AKP təmsilçilərinin məsələyə qarışması deputatlar arasında yumruq davasına səbəb olub.





AzVision.az


Teqlər: TBMM   Deputat   Türkiyə   Dava  





Xəbər lenti