Fransa prezidenti Ermənistana səfər edəcək

Fransa prezidenti Ermənistana səfər edəcək
  12 Dekabr 2017    Oxunub:1789
Fransa prezidenti Emmanuel Makron Ermənistana səfər edəcək.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Fransa prezidenti 2018-ci ilin oktyabr ayında İrəvanda keçiriləcək Frankofoniya sammitində iştirak edəcək.

Fransanın Ermənistandakı səfiri Conatan Lakot məlumatı təsdiqləyib. Səfirin sözlərinə görə, il ərzində bu barədə rəsmi məlumat veriləcək.

"Biz səfəri təşkil etmək üçün çalışırıq", - səfir əlavə edib.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Fransa   Ermənistan   Makron  





Xəbər lenti