İranda güclü zəlzələ olub

İranda güclü zəlzələ olub
  12 Dekabr 2017    Oxunub:1965
İranda 6,2 bal gücündə zəlzələ qeydə alınıb.
AzVision.az xəbər verir ki bu barədə İran Dövlət Televiziyası məlumat yayıb.

Zəlzələ Kirman vilayətində baş verib. Təbii fəlakət nəticəsində ölən və yaralananlar barədə məlumat verilmir.

Qeyd edək ki, noyabrın 12-də İranın Kermanşah əyalətində 7,2 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 521 nəfər həlak olub.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Zəlzələ  





Xəbər lenti