“Qarabağ problemi Fransa rəhbərliyinin diqqətindədir” – Yeni səfir

“Qarabağ problemi Fransa rəhbərliyinin diqqətindədir” – Yeni səfir
  12 Dekabr 2017    Oxunub:3122
"Dağlıq Qarabağı dondurulmuş münaqişələr kateqoriyasına aid etmək olduqca çətindir".
AzVision.az “News.am”-a istinadən xəbər verir ki, bunu İrəvanda jurnalistlərə açıqlamasında Fransanın Ermənistandakı səfiri Conatan Lakot bildirib.

“Münaqişənin bu səviyyədə cəmiyyətə təsiri məni təəccübləndirdi. Təmas xəttində xeyli hərbçi həlak olur. Əgər mən doğru məlumatlandırılmışamsa, ilin əvvəlindən təmas xəttində 57 hərbçi həlak olub”, - deyə Conatan Lakot vurğulayıb.

Diplomat bildirib ki, münaqişə dondurulmayıb, bu, insanlara və iqtisadiyyata təsir edən real konfliktdir və bizi narahat edir.

Fransa səfirinin sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədri kimi ölkəsi öz öhdəliklərini yerinə yetirməyə köklənib. Səfir diqqətə çatdırıb ki, münaqişənin hərbi yolla həlli yoxdur: “Fransada ən yüksək səviyyədə münaqişəni izləyirlər. Fransa Minsk Qrupu tərkibində öhdəliklərinə sadiqdir, lakin söhbət vasitəçilik öhdəliyindən gedir. Nizamlanmanı yalnız tərəflərin özləri əldə edə bilərlər.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Fransa   Azərbaycan   Qarabağ  





Xəbər lenti