“Qüds məsələsində Putinlə mövqeyimiz eynidir” - Ərdoğan (VİDEO)

“Qüds məsələsində Putinlə mövqeyimiz eynidir”  - Ərdoğan (VİDEO)
  12 Dekabr 2017    Oxunub:2376
Türkiyə və Rusiya prezidentləri arasında bu gün Ankarada keçirilən təkbətək görüşdə ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması müzakirə olunub.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan görüşdən sonra rusiyalı həmkarı Vladimir Putinlə keçirdi birgə mətbuat konfransında bildirib.

Ərdoğan Rusiyanın Qüds məsələsində Türkiyə ilə oxşar mövqedə olduğunu vurğulayıb.

"Türkiyə-Rusiya əlaqələri hər gün daha da inkişaf edir. Biz telefon danışıqları və görüşlər zamanı ölkələrimiz üçün əhəmiyyətli olan məsələləri müzakirə edirik. Bugünkü görüşdə Qüds mövzusunu müzakirə etdik. Putinlə mövqeyimiz oxşardır" - Ərdoğan deyib.

Rusiya prezidenti isə vurğulayıb ki, ABŞ-ın qərarı bölgədəki vəziyyəti daha da gərginləşdirəcək.



Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinlə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında Ankarada bir saata yaxın təkbətək görüş keçirilib.

AzVision.az


Teqlər: Ərdoğan   Putin   Türkiyə   Rusiya   Qüds  





Xəbər lenti