Netanyahu Əsədi müharibə ilə hədələdi

Netanyahu Əsədi müharibə ilə hədələdi
  04 Dekabr 2017    Oxunub:1740
İsrailin baş naziri Binyamin Netanyahu Suriya prezidenti Bəşər Əsədi hədələyib. Baş nazir İrana Suriyada hərbi baza yaratmağa imkan veriləcəyi təqdirdə bu ölkəyə ağır zərbələr vurulacağını bəyan edib.
AzVision.az “Wall Street Journal”-a istinadən xəbər verir ki, Əsədə edilən xəbərdarlıq İsrailin bu ölkədə illərdir davam edən münaqişəyə dair neytral qalmaq mövqeyindən imtina etməyə hazır olduğunu göstərir.

“Wall Street Journal” nəşri yazır ki, Suriya tərəfinə xəbərdarlıq İsrail hərbçilərinin Dəməşq yaxınlığında iranlıların nəzarətində olan bazaya aviazərbələr endirməsindən əvvəl edilib.

Məlumata görə, Suriya rəhbərliyi Netanyahunun hədəsinə reaksiya verməyib.

Eldar Tanrıverdiyev
AzVision.az




Teqlər: İsrail   Suriya   Əsəd   Netanyahu  





Xəbər lenti