Tramp 10 ayda 49 milyard dollarlıq silah satıb

Tramp 10 ayda 49 milyard dollarlıq silah satıb
  29 Noyabr 2017    Oxunub:1422
ABŞ prezidenti Donald Tramp hakimiyyətdə olduğu 10 ay ərzində təxminən 49 milyard dollarlıq silah satışı sazişinə imza atıb.
ABŞ Konqresinə verilən hərbi müqavilə məlumatlarına əsasən, Trampın son dövrdə ən çox silah satışı həyata keçirilən prezidentlərdən biri olduğu müəyyənləşib.

Birləşmiş Ştatların ən çox silah satdığı ölkə Kanada olub. Belə ki, ABŞ ilə Kanada arasında 5,2 milyard dollarlıq müqavilə imzalanıb.

Qeyd edək ki, ABŞ-ın İkinci Dünya müharibəsindən indiyədək ən çox silah satışı həyata keçirən Prezidenti Barak Obama olub. O, səkkiz illik hakimiyyəti dövründə 277 milyard dollarlıq silah satışı edib.

AzVision.az


Teqlər: ABŞ   Tramp  





Xəbər lenti