“Qalatasaray”lı futbolçu intihar etmək istədi

“Qalatasaray”lı futbolçu intihar etmək istədi
  02 Mart 2013    Oxunub:1749
“Qalatasaray”ın sabiq futbolçusu Alper Tezcan intihara cəhd edib.
Türkiyə mətbuatının yaydığı xəbərə görə, “Qalatasaray”ın UEFA kubokunu qazanan zaman heyətində çıxış etdiyi Alper dərman içərək özünü öldürmək istəyib. Buna səbəb onun işlədiyi futbol məktəbindən icra məmurlarının evini müsadirə etməsi olub. Hətta onlar keçmiş futbolçunun UEFA kuboku medalını da alıblar. Alper Tezcan son vaxtlar maiyyə problemi ilə üzləşib və UEFA kuboku medalını satmaq istəyib. Lakin “Qalatasaray” rəhbərliyindən ona köməklik olunub və medalı satmağa imkan verməyiblər.

Qeyd edək ki, Alper Tezcan yaxınlarının vaxtında müdaxilə etməsilə ölümdən xilas olub və xəstəxanaya yerləşdirilib.


Teqlər:  





Xəbər lenti