“Yatıb dincəlmək, harasa getmək istəyirəm” - Qırğızıstan prezidenti

“Yatıb dincəlmək, harasa getmək istəyirəm” - Qırğızıstan prezidenti
  20 Noyabr 2017    Oxunub:1708
Qırğızıstan prezidenti Almazbek Atambayev prezidentlik səlahiyyətlərinin bitməsinə görə “böyük rahatlıq” hissi keçirdiyini bildirib.

AzVision.az xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.
“Düzünü deyəcəyəm, səlahiyyətlərimin bitməsinə görə böyük rahatlıq hissi keçirirəm. Çünki 6 il çox ağır il olub. Yuxusuz gecələr və ağır günlər olub. Çox ağır günlər olub, ölkə müharibənin astanasında idi. Bu anları xatırlamaq belə çətindir. Həkimlər mənə dedi ki, səndə xroniki yorğunluq var. Yatıb dincəlmək, harasa getmək istəyirəm”, - deyə Atambayev yekun mətbuat konfransında bildirib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Atambayev   Qırğızıstan  





Xəbər lenti