İsrailin baş naziri yenidən dindirildi

İsrailin baş naziri yenidən dindirildi
  20 Noyabr 2017    Oxunub:2369
İsrailin baş naziri Binyamin Netanyahu yenidən dindirilib.

AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, İsrail polisi baş nazirin dindilməsinin bir neçə saat çəkdiyini təsdiqləyib.
“Biz təsdiqləyirik ki, baş nazir bu gün bir neçə saat ərzində Qüdsdəki iqamətgahında “Laxav-433” bölməsi tərəfindən dindirilib”, - deyə polisdən bildirilib.

“Laxav-433” bölməsi xüsusilə ağır cinayətlər və korrupsiya üzrə işlər üzrə araşdırma aparır.

Qeyd edək ki, İsrailin baş naziri biznesmenlərdən bahalı hədiyyələr almaqda və ölkədə ən böyük nəşrlərdən birində hökumətin işini pozitiv formada işıqlandırmaq barədə razılıq cəhdində şübhəli bilinir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: İsrail   Netanyahu  





Xəbər lenti