Mənzillərə istilik üç gündən sonra verildi

Mənzillərə istilik üç gündən sonra verildi
  18 Noyabr 2017    Oxunub:2224
“Ölkə üzrə qazanxanaların 95 faizi işə salınıb, mənzillərə istiliyin verilməsinə başlanılıb”.

Bu barədə AzVision.az-a “Azəristiliktəchizat” ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev deyib. Qurum rəsmisi bildirib ki, bəzi yerlərdə qazın təzyiqi aşağı olduğundan problemlər yaranır.
“Elə yer var ki, 5 qazanxana birdən işə düşəndə qazın təzyiqi azalır. “Azəriqaz”a müraciət etmişik ki, həmin yerlərdə qazın təzyiqini artırsınlar. Tənzimləmə işləri aparılır. Bəzi məktəblərdə tətil olduğu üçün bizə müraciət edirlər ki, işə salınmasın. Bir çox məktəblərdə isə noyabr ayının 15-dən istilik sistemi işə salınıb”.

Qeyd edək ki, istilik sistemi noyabrın 15-dən verilməli olsa da, qazanxanalar üç gündən sonra işə salınıb. Bəzi yerlərdə hələ də istilik problemi mövcuddur.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Bakı   Mənzil   Azəristilik  





Xəbər lenti