93 yaşlı prezident 37 ildən sonra devrildi

93 yaşlı prezident 37 ildən sonra devrildi
  15 Noyabr 2017    Oxunub:2317
1980-ci ildən Zimbabveyə rəhbərlik edən 93 yaşlı prezident Robert Muqabe hərbçilər tərəfindən devrilib. AzVision.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ölkənin təhlükəsizlik məsələləri üzrə milli şöbənin rəhbəri Muqabe və ailəsinin ev dustaqlığında olduğunu, onun həyatı üçün təhlükə olmadığını bəyan edib.
Zimbabve ordusu ölkənin paytaxtı Harare şəhərində hökumət, parlament və məhkəmə binalarına gedən yolları bağlayıb. Hərbçilər şəhərin mərkəzində zirehli texnika yerləşdirib. Gecə saatlarında partlayış səslərinin eşidildiyi bildirilir.

Qiyamçılar həmçinin Zimbabvenin maliyyə naziri İqnasius Çombonu həbs edib. O, prezidetliyə namizəd şəxslərdən biri hesab olunurdu. Eyni zamanda hərbi çevrilişdən sonra vitse-prezident Emmerson Mnanqava da vəzifəsindən kənarlaşdırılıb.

“ZBC” dövlət teleradio şirkətinin binası ələ keçirilib. Zimbabve hökuməti paytaxt Hararedə əsas obyektlərin hərbi mühafizəsini gücləndirməyə qərar verib. Hərbçilər şəhərin əsas magistral yollarında blokpostlar qururlar. Prezident sarayının da mühafizəsi xeyli gücləndirilib.

Qeyd edək ki, noyabrın əvvəlində Zimbabve prezidenti 93 yaşlı Robert Muqabe xələfi hesab edilən müavini, orduda böyük nüfuza malik olan Emmerson Mnanqaqvanı istefaya göndərib. Baş Qərargah rəisi Konstantin Çivenqa prezidentdən hakim partiyanın sıralarında təmizləməyə son qoymağı tələb edib.

AzVision.az



Teqlər: Zimbabve  





Xəbər lenti