Aşurbəylinin peyki səmaya buraxıldı - FOTOLAR

Aşurbəylinin peyki səmaya buraxıldı - FOTOLAR
  13 Noyabr 2017    Oxunub:17647
Kosmos üzrə YUNESKO-nun beynəlxalq komissiyasının prezidenti, azərbaycanlı İqor Aşurbəyli tərəfindən yaradılan dünyada ilk kosmik dövlət olan “Asgardia”nın peyki artıq səmaya buraxılıb.

AzVision.az-ın məlumatına görə, İqor Aşurbeyli "Asgardiya-1" peykinin kosmosa buraxılmasını anını müşahidə edib.
"Asgardia-1" peyki Moskva vaxtı ilə saat 3-də, ABŞ-ın Virciniya ştatında yerləşən Uollops kosmodromundan kosmosa müvəffəqiyyətlə göndərilib. Proses cəmi 20 dəqiqə davam edib.

"Asgardiya-1" peykindəki "Cygnus" kosmik daşıyıcıda yeni kosmik dövlətin vətəndaşları haqqında faylar və “Asgardia”nin konsitutsiyasının olduğu bildirilir. 8 dəqiqə sonra yeni kosmik dövlətin məlumat mərkəzi kosmosda öz yerini tutub.



Beləlilikə, “Asgardia”nın rəqəmli kosmik krallığı öz kosmik statusunu və suverən ərzini əldə edib. "Asgardiya-1" kosmik peykinin əlavəsinin isə bu ilin dekabr ayında kosmosa buraxılacağı bildirilir.



Qeyd edək ki, İqor Aşurbəyli 9 sentyabr 1963-cü ildə Bakıda anadan olub. Rusiya Hava Hücumundan Müdafiə Sistemləri Konserninin İdarədənkənar Ekspert Şurasının həmsədridir. "Almaz-Antey konstruktor bürosunun sabiq rəhbəri, Texnika elmləri doktorudur.



2011-ci ilədək İqor Aşurbəyli on il "Almaz-Antey" baş konstruktor bürosu sisteminə rəhbərlik edib. Onun direktoru olduğu "Almaz" korporasiyası müasir Rusiyanın havadan müdafiə sisteminin qalxanı sayılan S-300 və S-400 raketlərinin istehsalı ilə məşhurlaşıb. İqor Aşurbəyli Azərbaycanın məşhur Aşurbəylilər nəslinin davamçılarındandır.

Hafiz Əhmədov
AzVision.az


Teqlər: Asgardia   İqor-Aşurbəyli  





Xəbər lenti