Yəməndə iki mindən çox insan vəbadan ölüb

Yəməndə iki mindən çox insan vəbadan ölüb
  07 Noyabr 2017    Oxunub:1340
Yəməndə vəba epidemiyası aprelin 27-dən indiyədək 2194 nəfərin ölümünə səbəb olub.
"Anadolu" agentliyinin məlumatına görə, bu barədə Dünya Səhiyyə Təşkilatının nümayəndəsi Fadela Chaib bildirib.

Onun sözlərinə görə, Yəməndə 908 mindən çox insanda vəba xəstəliyinə yoluxma halları aşkarlanıb.

Bu ölkədə iki ildən çoxdur ki, davam edən silahlı qarşıdurmalar səbəbindən təxminən üç milyon insan təmiz su tapa bilmir, həmçinin tullantıların vaxtlı-vaxtında yığışdırılmaması epidemiyanın yayılma riskini artırır.

AzVision.az


Teqlər: Yəmən   Vəba  





Xəbər lenti