Ərdoğan Bakıdan Türkiyəyə çəkic aparıb

Ərdoğan Bakıdan Türkiyəyə çəkic aparıb
  04 Noyabr 2017    Oxunub:3822
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin açılışında istifadə etdiyi çəkici özünü ilə birlikdə ölkəsinə aparıb.

AzVision.az xəbər verir ki, Ərdoğanın bu addımı Türkiyə KİV-lərində geniş işıqlandırılıb.
Türkiyə prezidentinin açılışda istifadə etdiyi çəkici xatirə saxlayacağı bildirilir.

Qeyd edək ki, oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibətilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təntənəli mərasim keçirilib. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Qazaxıstanın Baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Özbəkistanın Baş naziri Abdulla Aripov, həmçinin Tacikistan və Türkmənistan respublikalarından nümayəndə heyətləri iştirak ediblər.



Hafiz Əhmədov
AzVision.az




Teqlər: Türkiyə   Ərdoğan   BTQ  





Xəbər lenti