BTQ ilə yola salınan ilk qatar Türkiyəyə çatdı

BTQ ilə yola salınan ilk qatar Türkiyəyə çatdı
  03 Noyabr 2017    Oxunub:3232
Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə Qazaxıstandan yola salınan ilk qatar Qarsa çatıb.

AzVision.az “Milliyet”-ə istinadən xəbər verir verir ki, qatarın qarşılanma mərasimində "TCDD Taşımacılık AŞ"-nin baş direktoru Veysi Kurt iştirak edib.
"Azərbaycandan bura 856 km uzunluğunda olan yolu 40 saata qət etdik. İnşallah Qarsdan Mərsinə qədər olan 258 km məsafəni də 40 saata qət etməyi planlaşdırırıq. Qazaxıstandan yola çıxan qatar ümumilikdə 4 min 700 kilometr yol qət edib", - deyə Veysi Kurt bildirib.

Kurt eyni zamanda vurğulayıb ki, dəmiryolu ilə ildə 17 milyon ton yük daşınacaq.

Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin rəsmi açılışı oktyabr ayının 30-da baş tutub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: BTQ   Qars  





Xəbər lenti