Türkiyənin bələdiyyə sədrləri Cocuq Mərcanlıya gedəcək
Nümayəndə heyətinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfəri planlaşdırılır. Qonaqlar Cocuq Mərcanlı kəndinin işğaldan azad olunandan sonra qısa müddətdə aparılmış və davam edən tikinti-quruculuq, yenidənqurma işləri ilə tanış olacaq, “Aprel şəhidlərinə xatirə” abidə kompleksini ziyarət edəcək, Azərbaycan-Türkiyə Qardaşlıq Parkının salınması məqsədilə ağacəkmə kampaniyasının və Adana şəhər Karaisalı Bələdiyyəsi ilə Cəbrayıl Rayon İcra Hakimiyyəti arasında “qardaş şəhər” niyyət protokolunun imzalanması mərasimində iştirak edəcəklər.
Azərbaycana səfər çərçivəsində ümummilli lider Heydər Əliyevin abidə kompleksinin, Şəhidlər Xiyabanı və Bakıdakı Türk Şəhidliyinin ziyarəti və Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyində görüşün keçirilməsi planlaşdırılır.
Bundan başqa, Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyası ilə Çukurova Bələdiyyələr Birliyi arasında əməkdaşlığa dair niyyət protokolunun imzalanması da nəzərdə tutulur.
Aytən Zəhra
AzVision.az
Teqlər: Türkiyə Cocuq-Mərcanlı