Bakıda evə basqın edilib

Bakıda evə basqın edilib
  30 Oktyabr 2017    Oxunub:2661
Bakıda evə basqın edən şəxs xeyli miqdarda pul aparıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 18-də Y.Maksimovun evinə aldatma yolu ilə girərək ağzını yapışqanlı lentlə bağlayıb oradan 2500 manat, 6000 ABŞ dolları və 22 750 rubl pul və qol saatı aparmaqda şübhəli bilinən Ağdam rayon sakini Ramil Quliyev tutulub.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti