Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı başlayır

  18 Sentyabr 2013    Oxunub : 679
Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı başlayır
V Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı 6 gün davam edəcək.
18-28 sentyabr 2013-cü il tarixində Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyliyə həsr olunmuş V Beynəlxalq Musiqi Festivalı keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən AzVision.az-a verilən məlumata görə, artıq ənənə halını almış bu möhtəşəm festivalın açılışı 5-ci ildir ki, 18 sentyabr "Musiqi Günü"nə təsadüf edir. Builki festivalda Rusiya, Türkiyə, Almaniya, Fransa, ABŞ, Slovakiya və Litvadan tanınmış dirijor və solistlər, gənc, istedadlı ifaçılar, musiqi kollektivləri iştirak edəcəklər.

Festivalda Azərbaycanın aparıcı kollektivləri və musiqiçiləri ilə yanaşı, gənc nəslin istedadlı nümayəndələri də çıxış edəcəklər. Festival konsertlərində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri, Buta Kamera Xoru, Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestri, dirijorlar Rauf Abdullayev, Teymur Göyçayev, Yalçın Adıgözəlov, Fuad İbrahimov, Əyyub Quliyev, Elnarə Kərimova, solistlər Nərgiz Əliyarova, Elnarə Kəbirlinskaya, Nəzakət Rimazi, gənc istedadlı ifaçılar Anar İbrahimov, Riad Məmmədov, Cəmilə Qarayusifli, Firuzə Xancalova və başqaları çıxış edəcəklər.

Festival proqramını diqqətinizə çatdırırıq :

18 sentyabr - "Arşın mal alan" operası
19 sentyabr - Simfonik Orkestrın konserti
20 sentyabr - Slovak Dövlət Kamera Orkestrinin konserti
21 sentyabr - Slovak Dövlət Kamera Orkestrinin konserti
22 sentyabr - Simfonik Orkestr və Xor Kapellasının konserti
23 və 24 sentyabr - Münhen Orkestrının konserti
25 sentyabr - "Romatik" kvartetinin konserti
25 sentyabr - Gənclər Kamera Orkestrinin konserti
26 sentyabr - Orqan musiqisi gecəsi
26 sentyabr - Kamera Orkestrının konserti

Teqlər: