Ərdoğanın maaşı artırılır - İllik 189 min dollar

Ərdoğanın maaşı artırılır - İllik 189 min dollar
  25 Oktyabr 2017    Oxunub:2396
Türkiyə prezidentinin maaşı artırılacaq.

AzVision.az Türkiyə mətbuatına istinadən bildirir ki, artımla prezident Rəcəb Tayyib Ərdoğanın əmək haqqı 3776 (1010 ABŞ dolları) lirə olacaq.
Məlumata görə, yanvar ayında Ərdoğanın maaşı 35295 lirədən (9452 ABŞ dolları) 39071 lirəyə ( 10463 ABŞ dolları) yüksələcək. 2018-ci ildə isə prezidentin illik maaşı 708000 (189602 ABŞ dolları) lirə olacaq.

Qanunvericiliyə edilən dəyişikliyə görə, keçmiş prezidentlərin əmək haqqı 2300 (616 ABŞ dolları) lirə artacaq. Nəticədə onlar (Abdulla Gül və Əhməd Necdət Sezər) 23600 Türkiyə lirəsi (6320 ABŞ dolları) maaş alacaqlar.

Aytən Zəhra
AzVision.az


Teqlər: Türkiyə   Ərdoğanın  





Xəbər lenti