AzVision.az xəbər Daxili İşlər Nazirliyinə istinadən verir ki, Bakı Şəhər BPİ Təhlükəsiz Şəhər Xidməti, Suraxanı RPİ 32-ci PB və Salyan RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən Salyan rayon sakini Ağarza Bağırov Nərimanov rayonu ərazisində tutulub.
Qeyd edilən avtomobil Salyan rayonunun Noxudlu kəndində yaşayan Qədir Nuriyevin həyətində tapılıb. Araşdırma aparılır.
AzVision.az