Şəhid Cabbar Zeynalovun dəfnindən FOTOLAR

Şəhid Cabbar Zeynalovun dəfnindən FOTOLAR
  24 Oktyabr 2017    Oxunub:20522
Xəbər verdiyimiz kimi, oktyabrın 22-də Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində Azərbaycan Ordusunun əsgəri Zeynalov Cabbar Firudin oğlu şəhid olub.
18 yaşında şəhidlik zirvəsinə yüksələn Zeynalov bu gün Saatlı rayonunda torpağa tapşırılıb.

Dəfn mərasimində əsgərin xidmət etdiyi hərbi hissənin hərbi qulluqçuları, Müdafiə Nazirliyinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Cabbar Zeynalov 1999-cu ildə Saatlı rayonunun Heydərabad kəndində anadan olub. O, 2017-ci ilin aprel ayında həqiqi hərbi xidmətə çağırılıb.

AzVision.az şəhidin dəfnindən görüntüləri təqdim edir:












Teqlər: Şəhid  





Xəbər lenti