Karapetyan İranı aldatdı

Karapetyan İranı aldatdı
  21 Oktyabr 2017    Oxunub:2069
Ermənistan İrandan qaz almayacağını bəyan edib.
AzVision.az “Joğovurd” qəzetinə istinadən xəbər verir ki, bu barədə ölkənin enerji infrastruktur və təbii sərvətlər naziri Aşot Manukyan bəyan edib. Onun sözlərinə görə, İran tərəfi Ermənistana Rusiyadan daha ucuz qaz təklif etmədiyi üçün rəsmi İrəvana Tehrandan qaz almayacaq.

Xatırladaq ki, oktyabr ayında Tehranda İranın neft nazirinin müavini Əmirhüseyn Zamaniniya və Ermənistan baş naziri Karen Karapetyanın başçılıq etdiyi nümayəndə heyəti arasında İrandan qaz alınması məsələsi müzakirə edilib. Görüş zamanı Karapetyan Ermənistanın İrandan qaz almaqda maraqlı olduğunu bildirib.

Alpər Mövludoğlu
AzVision.az



Teqlər: Ermənistan   İran  





Xəbər lenti