İraq ordusu ilə kürdlər arasında silahlı toqquşma

İraq ordusu ilə kürdlər arasında silahlı toqquşma
  20 Oktyabr 2017    Oxunub:1508
Kərkük şəhəri yaxınlığında İraq ordusu ilə peşmərgə kürd hərbi birləşmələri arasında toqquşma olub.
"Anadolu" agentliyinin yaydığı xəbərə görə, silahlı qarşıdurma İraq ordusu və federal polisin Kərkük-Erbil avtomobil yolu üzərində yerləşən Altunkörpü qəsəbəsini nəzarətə götürmək üçün hərəkətə keçdiyi vaxt baş verib.

Toqquşmada ölənlər və yaralananlar olub-olmadığı barədə məlumat verilməyib.

AzVision.az


Teqlər: İraq   Kərkük  





Xəbər lenti