Sarkisyan baş nazir, Karapetyan isə müavini olacaq

Sarkisyan baş nazir, Karapetyan isə müavini olacaq
  19 Oktyabr 2017    Oxunub:1554
Ermənistanda hakimyyət daxilində yeni razılaşma əldə olunub.
AzVision.az “Jamanak”-a istinadən xəbər verir ki, Cenevrə görüşündən əvvəl və sonra aparılan üzünmüddətli danışıqlar nəticəsində prezident Serj Sarkisyanla baş nazir Karen Karapetyan arasında vəzifə bölgüsü aparılıb.

Məlumata görə, Sarkisyan Karapetyanı 2018-ci ilin aprelindən sonra baş nazirin müavini kimi fəaliyyətini davam etdirməyə razı sala bilib. Belə ki, Qarabağ münaqişəsi və Ermənistanın təhlükəsizlik məsələlərində baş nazir vəzifəsindən aşağı post tutanlara səlahiyyət verilməyəcək.

Erməni prezident vəd verib ki, baş nazirin müavini kimi Karapetyanın fəaliyyətində heç bir dəyişiklik olmayacaq. O, hökümət iclaslarını keçirmək, hökümət binasında qalmaq, azad kadr dəyişiklikləri həyata keçirmək səlahiyyətlərinə sahib olacaq.

Sarkisyan baş nazir postunu tutduqdan sonra da Bağramyan 26 ünvanında yerləşən prezident iqamətgahında qalacaq. Hazırda yeni seçiləcək Ermənistan prezidenti üçün iqamətgah seçimi aparılır.

Alpər Mövlüdoğlu
AzVision.az




Teqlər: Ermənistan   Sarkisyan   Karapetyan  





Xəbər lenti