Gəncədə ana 3 yaşlı oğlu ilə birgə itkin düşüb - FOTO

Gəncədə ana 3 yaşlı oğlu ilə birgə itkin düşüb - FOTO
  13 Oktyabr 2017    Oxunub:3379
Bu il sentyabrın 4-də Gəncə şəhər sakini, 30 yaşlı Xəyalə İlyas qızı Əliyeva 3 yaşlı oğlu Ruzigar Əliyevlə birgə yaşadıqları evdən çıxıb və qayıtmayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a bildirilib ki, qadının xarakterik əlamətləri belədir: boyu 156 santimetr, kök bədən quruluşlu, gözlərinin rəngi qəhvəyi, saçlarının rəngi isə qaradır. Evdən çıxarkən əynində qara rəngli şalvar, ağ və qara rənglərin qarışığı olan köynək və eyni rəngli çəkələk olub.

Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Xidməti Zəng Mərkəzi”nə, həmçinin Gəncə şəhərinə 022-256-07-73, 022-266-33-75 şəhər nömrələrinə, 055-331-24-24, 050-314-14-91 mobil nömrələrə zəng vuraraq məlumat vermələri xahiş olunur.

AzVision.az


Teqlər: DİN   Gəncə  





Xəbər lenti