Müəllimin bıçaqlanması haqda xəbər təkzib edildi

Müəllimin bıçaqlanması haqda xəbər təkzib edildi
  12 Oktyabr 2017    Oxunub:1926
Azərbaycan Dövlət Aqrar Universitetində bıçaqlanma hadisəsinin baş verməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilib.
ADAU-nun mətbuat xidmətindən AzVision.az-a bildirilib ki, universitetdə bıçaqlandığı deyilən Sənan adlı müəllim işləmir.

"ADAU-da Sənan adlı müəllim işləmir və yayılan xəbərin təhsil müəssisəsi ilə heç bir əlaqəsi yoxdur. Bildirmək istərdik ki, ADAU-da ümumiyyətlə bıçaqlanma hadisəsi baş verməyib".

Qeyd edək ki, bu gün bəzi KİV-lərdə Azərbaycan Dövlət Aqrar Universitetində Sənan adlı müəllimin kabinetində bıçaqlanması haqda xəbərlər yayılıb.

AzVision.az


Teqlər: ADAU  





Xəbər lenti