Polis 21 evi yaran dəstəni ifşa etdi

Polis 21 evi yaran dəstəni ifşa etdi
  11 Oktyabr 2017    Oxunub:2026
Bakıda polis oğurluqla məşğul olan qrupu tutub.
AzVision.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, oğurluq etməkdə şübhəli bilindiklərinə görə tutulan Kamil Məmmədovun, Cəlal İbrahimovun və Elçin Hüseynovun ətraflarında Xəzər RPİ 1-ci PB-nin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onların cari ilin avqust ayından indiyədək olan müddətdə rayon ərazisindəki 21 evdən qızıl əşyalar, mobil telefon, elektrik naqili və qaz sayğacı oğurlamaları da müəyyən edilib.

Araşdırmalar davam etdirilir.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti