Bərdədə 21 yaşlı oğlan itkin düşüb - FOTO

Bərdədə 21 yaşlı oğlan itkin düşüb - FOTO
  11 Oktyabr 2017    Oxunub:5250
Bərdədə 21 yaşlı gənc itkin düşüb.
Yaxınlarının verdiyi xəbərə görə, İmişli rayon Bəcrəvan kəndində qeydiyatda olan, lakin Bərdə rayon Gərənə kəndində yaşayan Əfkərov Vəzir Mübariz oğlu işlədiyi plastik qapı-pəncərə sexindən çıxıb və geri dönməyib.

İtkin düşən gün onun üstundə şəxsiyyətini təsdiq edən hər hansı sənəd olmadığı və cibində 260 manat pul olduğu bildirilir. Ailə üzvləri V.Əfkərovun itkin düşməsi ilə bağlı Bərdə Rayon Polis Şöbəsinə müraciət edib. V.Əfkərov barəsində məlumatı olanlardan 050 391 30 29 nömrəsinə zəng etmələri xahiş olunur. (APA)



AzVision.az


Teqlər: Bərdə   İtkin  





Xəbər lenti