Prezident Putinə Krımı almağı təklif etdi

Prezident Putinə Krımı almağı təklif etdi
  10 Oktyabr 2017    Oxunub:1361
Çexiya Respublikasının prezidenti Miloş Zeman Krım məsələsində Kiyevə maddi kompensasiya verilməsini təklif edib.
AzVision.az xarici KİV-nə istinadən xəbər verir ki, bu barədə Çexiya prezidenti Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) deputatlarına müraciət edərkən bildirib.

“Fikrimcə, Ukrayna üçün hər hansı kompensasiya – maliyyə, neft və qaz formasında ola bilər”, - deyə Zeman qeyd edib.

Krımın anneksiyasının qeyri-qanuni olduğunu etiraf edən Çexiya prezidenti bəyan edib ki, bu məsələ artıq həll olunub. O, izah edib ki, Ukrayna Krım məsələsində israrlı olsa, onda Avropa müharibəsi başlaya bilər. Prezident, həmçinin Almaniyanın sabiq prezidenti Yohaim Qaukdan sitat gətirib: “Əgər biz Krımı alıb, Ukraynaya qaytarmaq istəyəriksə, onda bu Avropa müharibəsi anlamına gələcək”.

Zeman vurğulayıb: “Biz Avropa müharibəsindən qaçmalıyıq və siz bunu anlamalısınız”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Krım   Putin   Çexiya  





Xəbər lenti