AŞPA-ya yeni prezident seçmək mümkün olmadı

AŞPA-ya yeni prezident seçmək mümkün olmadı
  10 Oktyabr 2017    Oxunub:1324
Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) yeni rəhbərini ikinci turda seçmək mümkün olmayıb.

AzVision.az xəbər verir ki, AŞPA-nın yeni sədri sabah keçiriləcək üçüncü turda məlum olacaq.
AŞPA sədrinin səlahiyyətlərini icra edən Rocer Heylin bildirib ki, bugünkü seçkidə 191 bülleten verilib, onlardan biri etibarsız sayılıb.

Stella Kiriakides (Kipr) 121, Emanuelis Zinqeris (Litva) 69 səs alıb. Namizədlərin heç biri mütləq çoxluğu, yəni 152 səsi toplaya bilməyib.

“Sabah səhər biz növbəti səsvermə turunu keçirəcəyik. Orada qələbə üçün sadə səs çoxluğu yetərli olacaq”, - deyə Heyl bildirib.

AzVision.az


Teqlər: AŞPA  





Xəbər lenti