Sumqayıtda iki nəfəri maşın vurub

Sumqayıtda iki nəfəri maşın vurub
  09 Oktyabr 2017    Oxunub:2633
Sumqayıtda avtomobil 2 nəfəri vurub öldürüb.
AzVision.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, oktyabrın 8-də saat 20 radələrində Sumqayıt şəhəri ərazisində Qubadlı rayon sakini Orxan Həziyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Yardımlı rayon sakini Xalidə Rzayevanı və Zəngilan rayon sakini Sahibə Səfərlini vurub.

Nəticədə hər iki piyada hadisə yerində ölüb. Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti