Sabirabadda dəhşətli qəza: 4 nəfər ölüb

Sabirabadda dəhşətli qəza: 4 nəfər ölüb
  09 Oktyabr 2017    Oxunub:2105
Sabirabad rayonunda ağır yol qəzası baş verib.
AzVision.az APA-ya istinadən xəbər verir ki, qəza rayonun Xəlifəli kəndi ərazisində qeydə alınıb. Hadisə nəticəsində 4 nəfər ölüb.

Qəzada xəsarət alan 21 yaşlı Eyvazlı Etibar Məzahir oğlu xəstəxanada dünyasını dəyişib. Digər xəsarət alan şəxs 22 yaşlı Xənimli Araz Mehdi oğluna həkimlər tibbi yardım göstərirlər.

Məlumata görə, qəza dumanlı hava səbəbindən baş verib. Avtomobillərin toqquşması nəticəsində hadisə yerində ölən üç nəfərin meyiti FHN-nin xilasediciləri tərəfindən çıxarılıb.

Ölənlərin kimliyi dəqiqləşdirilir.

AzVision.az



Teqlər: Qəza  





Xəbər lenti