FHN köməksiz qalan 7 nəfəri xilas edib

FHN köməksiz qalan 7 nəfəri xilas edib
  04 Oktyabr 2017    Oxunub:1800
Lənkəranda subasmada köməksiz qalan 3 nəfər təxliyə olunub.
Fövqəladə Hallar Nazirliyindən (FHN) AzVision.az-a verilən məlumata görə, FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Lənkəran rayonunun Girdəni kəndində yağan yağışlar nəticəsində köməksiz vəziyyətdə qalmış 4 nəfər fərdi yaşayış evindən və 3 nəfər fermanın ərazisindən təxliyə olunub.

Təxliyə işləri Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən aparılıb.

AzVision.az


Teqlər: FHN  





Xəbər lenti