Bakıda yolun çökməsinin səbəbi məlum oldu

Bakıda yolun çökməsinin səbəbi məlum oldu
  04 Oktyabr 2017    Oxunub:1951
Bakının Nizami rayonu, Mehdi Abbasov küçəsində yolun çökməsinə səbəb magistral kanalizasiya kollektorunun sıradan çıxmasıdır.
Bunu AzVision.az-a “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

Qurum rəsmisi bildirib ki, həmin kanalizasiya kollektoru 8-ci km qəsəbəsi salınanda, təxminən 50-60 il əvvəl çəkilib: “Artıq istismar müddətini başa vurub və nəticədə orada qəza baş verib. Bizim mütəxəssislər əraziyə cəlb olunub. Qısa müddətdə ora yeni dəmir beton boruları yerləşdiriləcək, qəza aradan qaldırılacaq. Daha sonra yol bərpa oluna bilər. Diqqətinizə çatdırım ki, oradakı qəzanın kanalizasiya tutulmasına heç bir aidiyyatı yoxdur. Su normal axır və heç bir fəsad törətmir, ətraf əraziləri kanalizasiya suları basmayıb. Sadəcə dərmir beton boru sıradan çıxıb və yol çöküb”.

Aytən Zəhra
AzVision.az


Teqlər: Azərsu   Yol  





Xəbər lenti