"Euronews” Lahıc haqqında reportaj yayımladı - VİDEO

"Euronews” Lahıc haqqında reportaj yayımladı - VİDEO
  04 Oktyabr 2017    Oxunub:4475
"Euronews" telekanalının "Postcards" proqramı növbəti reportajını İsmayıllı rayonunun Lahıc qəsəbəsinə həsr edib.
Avrora Velesin müəllifi olduğu reportajda tamaşaçılar Azərbaycan haqqında məlumatlandırılır. “Lahıc: mis qablar sənətkarları və Monomaxın papağı” adlı videomaterialda Lahıcın XVIII-XIX əsrlərdə mis qab və soyuq silah hazırlanmasında Qafqazda əsas istehsalat mərkəzlərindən biri olması qeyd edilir.

Reportajda Lahıcda hazırlanmış mis əşyaların Luvr və dünyanın digər mötəbər muzeylərində sərgiləndiyi vurğulanır. Bildirilir ki, Lahıc tarix-mədəniyyət qoruğu “Böyük İpək Yolu” beynəlxalq turizm marşrutuna daxil edilib.

Videomaterialda Lahicda misgərlik sənəti ilə məşğul olan sənətkarların fikirləri də yer alıb.



AzVision.az



Teqlər: Euronews   Lahıc  





Xəbər lenti