İrəvanda kriminal avtoritet öldürülüb - Yenilənib

İrəvanda kriminal avtoritet öldürülüb - Yenilənib
  04 Oktyabr 2017    Oxunub:3554
Bu gün səhər saatlarında İrəvan küçələrinin birində atəş səsləri eşidilib.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, naməlum şəxs Noraqavit 8-ci küçəsində sakinlərdən birini təqib edərək ona atəş açmağa başlayıb. Qarın boşluğundan ağır yaralanan Samvel Qarnik Ayvazyan Erebuni tibb mərkəzinə aparılıb.

Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Ölən şəxsin kriminal aləmdə "Con" ləqəbi ilə tanınan "qanuni oğru" olduğu bildirilir.

Xatırladaq ki, Ermənistanda bu kimi kriminal cinayətlər adi hal alıb.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: İrəvan   Ermənistan   Atışma  





Xəbər lenti