Ucarda ağır yol qəzası baş verib

Ucarda ağır yol qəzası baş verib
  04 Oktyabr 2017    Oxunub:2738
Ucar rayonunda yol qəzası olub.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a verilən məlumata görə, FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Ucar rayonu, Qarabörk kəndində "VAZ" markalı minik avtomobili yol kənarındakı dərəyə düşüb.

Sıxılmış vəziyyətdə qalmış sərnişin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri tərəfindən avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

AzVision.az


Teqlər: FHN   Qəza  





Xəbər lenti