Dağda köməksiz qalan turistlər Şamaxıya gətirilir

Dağda köməksiz qalan turistlər Şamaxıya gətirilir
  03 Oktyabr 2017    Oxunub:2063
Şamaxı rayonunun Pirbəyli kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə qalmış 2 nəfər xarici vətəndaş Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının qüvvələri tərəfindən aşkar olunub.
FHN-dən AzVision.az-a verilən məlumata görə, hər iki şəxs Rusiya Federasiyasının vətəndaşıdır.

Turistlərin olduğu "Nissan" markalı avtomobil yedəyə alınaraq Şamaxı şəhərinə gətirilir.

Əlavə məlumat veriləcək.

AzVision.az


Teqlər: FHN  





Xəbər lenti