Las-Veqasda ölənlərin sayı 58-ə çatıb

Las-Veqasda ölənlərin sayı 58-ə çatıb
  03 Oktyabr 2017    Oxunub:2072
ABŞ-ın Las-Veqas şəhərində musiqi festivalının iştirakçılarının atəşə tutulması nəticəsində ölənlərin sayı 58 nəfərə çatıb, 515 nəfər yaralanıb.
AzVision.az-ın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Las-Veqasın şerifi Cosef Lombardo bəyan edib. O, ölü sayının artacağını istisna etməyib.

Qeyd edək ki, bu gecə “Madalay Bay” hotel-kazino kompleksi yaxınlığında musiqi festivalında atışma baş verib. Hotelin 32-ci mərtəbəsindən festival iştirakçılarının atəşə tutulması nəticəsində 50-dən çox insan ölüb, təxminən 400 nəfər yaralanıb. Hadisəni törədən şəxs polis tərəfindən tutulacağını görüb özünü öldürüb. Onun 64 yaşlı yerli sakin Stiven Paddok olduğu müəyyənləşib. İŞİD terror təşkilatı hadisənin məsuliyyətini öz üzərinə götürüb. İŞİD bəyan edib ki, hadisəni törədən şəxs bir neçə ay öncə İslamı qəbul edib.

AzVision.az


Teqlər: Las-Veqas  





Xəbər lenti