Bu kəndə ilk dəfə təbii qaz verilib

Bu kəndə ilk dəfə təbii qaz verilib
  03 Oktyabr 2017    Oxunub:2119
Xaçmazın Səlimoba kəndinə ilk dəfə təbii qaz verilib.
“Azəriqaz” İstehsalat Birliyindən (İB) AzVision.az-a verilən məlumata görə, 63 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 4 min 800 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 4 min 631 metr müxtəlif diametrli metal borularla daşıyıcı, məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Hazırda Xaçmaz rayonunun Günəşli qəsəbəsində və Qaracik Zeyid kəndində tikinti-quraşdırma işləri davam etdirilir. Tezliklə tikintisi başa çatmış yaşayış məntəqələrinə də ardıcıllıqla təbii qazın verilişi təmin olunacaq.

AzVision.az


Teqlər: Qaz  





Xəbər lenti