Las-Veqasdakı qətliamı İŞİD törədib

Las-Veqasdakı qətliamı İŞİD törədib
  02 Oktyabr 2017    Oxunub:2025
İŞİD ABŞ-ın Las-Veqas şəhərində baş verən atışmaya görə məsuliyyəti üzərinə götürüb.
AzVision.az-ın xəbərinə görə, bu barədə “Reuters” məlumat yayıb. Terror təşkilatı bəyan edib ki, hadisəni törədən şəxs bir neçə ay öncə İslamı qəbul edib.

Qeyd edək ki, bu gecə “Madalay Bay” hotel-kazino kompleksi yaxınlığında musiqi festivalında atışma baş verib. Hotelin 32-ci mərtəbəsindən festival iştirakçılarının atəşə tutulması nəticəsində 50-dən çox insan ölüb, təxminən 400 nəfər yaralanıb.

Hadisəni törədən şəxs polis tərəfindən tutulacağını görüb özünü öldürüb.

Onun 64 yaşlı yerli sakin Stiven Paddok olduğu müəyyənləşib.

AzVision.az


Teqlər: İŞİD  





Xəbər lenti