Özünü 4-cü mərtəbədən atmaq istədi

Özünü 4-cü mərtəbədən atmaq istədi
  02 Oktyabr 2017    Oxunub:1649
Bu gün Bakıda intihara cəhd olub.
AzVision.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Nizami rayonunda 1 nəfərin intihar məqsədilə beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsinə çıxması barədə məlumat daxil olub.

Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə gələrək vətəndaşla müvafiq söhbətlər aparmış və onu intihar etmək fikrindən daşındırıblar.

AzVision.az


Teqlər: FHn   intihar  





Xəbər lenti